Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında bazar ertəsi videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Videokonfransda 40-dan artıq ölkənin dövlət və hökumət başçıları iştirak edir.
Bundan əlavə, videokonfransda BMT-nin baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqı, Afrika İttifaqı Komissiyasının nümayəndələri iştirak edirlər. **
B.Rüstəmbəyov