Azərbaycanda daha 52 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Bu günAzərbaycanda52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydəalınıb, 39 nəfər müalicə olunaraq sağalıbvə evəburaxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış,şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib”, - Qərargahın məlumatında bildirilir.
Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfatedib.
478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 160mindən artıqtestaparılıb.**
B.Rüstəmbəyov