Azərbaycan Mərkəzi Bankı (AMB) proqram təminatı lisenziyaları və server avadanlıqlarının satın alınmasına 16,5 milyon manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, AMB ümumilikdə 16 milyon 556,18 min manat dəyərində iki müqavilə bağlayıb.
«Sanmar Elektrik ve İnsaat Malzemeleri Sanayi Dıs Ticaret Limited» şirkəti ilə proqram təminatı lisenziyalarının satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 14 milyon 747,511 min manatdır.
«GT SOLUTIONS» MMC ilə bağlanmış ikinci müqavilə kompüter, printer, server və şəbəkə avadanlıqlarının satın alınmasını nəzərdə tutur.
Müqavilənin dəyəri 1 milyon 808,669 min manatdır.*
B.Rüstəmbəyov