«Yapı Kredi Bank Azerbaijan» QSC 2020-ci ilin I rübündə aktivlərini 14,6% - 365,836 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2020-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 173,046 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 7,6%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 285,443 milyon manata (azalma 17,8%), depozitləri 262,943 milyon manata (azalma 18%) bərabərdir.
Martın 31-nə “Yapi Kredi Bank Azerbaijan”ın kapitalı 80,393 milyon manat (azalma 1,1%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 656,35 min manat (ötən ilin yanvar-mart aylarında mənfəət 1 milyon 685,97 min manat) təşkil edib.
“Yapi Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.*
Ə.Məmmədov