İyunun 18-də "Unibank" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Bankın məlumatına görə, yığıncağın gündəliyinə “Unibank”ın 2019-cu ildəki fəaliyyətinə dair maliyyə hesabatlarının təsdiq edilməsi və kənar auditorun təyin olunması məsələləri daxildir.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) onun səhmdarlarından (9%) biridir.*
Ə.Məmmədov