Moskva İxrac Mərkəzi (MİM) Azərbaycanla onlayn rejimdə biznes missiya təşkil edəcək.
"Avqustun 11-14-də Azərbaycandan olan tərəfdaşlarla çoxsahəli biznes-missiya təşkil ediləcək. Bu, paytaxt şirkətlərinə Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinə öz mal və xidmətlərini təqdim etməyə imkan verəcək", - deyə məlumatda bildirilir.
B2b görüşlərinin təşkili, videobağlantı və peşəkar tərcüməçi xidmətləri Moskva hökuməti tərəfindən tam ödəniləcək.*
B.Rüstəmbəyov