Belarusun "Belavia" aviaşirkəti Minsk-Bakı-Minsk marşrutu üzrə birdəfəlik reys həyata keçirəcək. Bu barədə şirkətdən məlumat verilib.
Mayın 12-də Minskdən təyyarənin yola düşməsi, mayın 13-də isə Bakıdan əks istiqamətə uçuş planlaşdırılır.
"Reyslər koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan və Belarus vətəndaşlarının geri qaytarılması məqsədilə təşkil olunur. Minskdən uçuş yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycana qayıdan vətəndaşlar iki həftəlik karantinə yerləşdirilirlər.*
B.Rüstəmbəyov