Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Özbəkistan Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
B.Aşrafxanov etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
"Tərəflər Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər. Ticarət və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub", - deyə məlumatda bildirilir.
Mövcud pandemiya ilə mübarizə kontekstində ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlığın zəruriliyini vurğulayan tərəflər ümumdünya sağlamlıq böhranından sonrakı dövrdə ikitərəfli əməkdaşlığın gündəliyində duran tədbirlərin həyata keçirilməsi üzrə fikri mübadiləsi aparıblar.
"Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə