4 may tarixinə Azərbaycanda dövlət dəstəyi üçün müraciət edən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş vergi ödəyicilərinin sayı 118,186 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Xüsusilə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 21.472 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 191.306 nəfərdir. (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86,36 mln. manatdır). Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 92,553 vergi ödəyicisindən müraciət daxil olub (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51,57 mln. manat təşkil edir)”, - nazirlikdən qeyd olunur.
Mayın 4-nə 20,596 vergi ödəyicisinə 42,4 milyon manat, 49,2 milyon manat vəsaitin 78,643 min fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Xəbər verildiyi kimi, pandemiyadan ən çox zərər çəkmiş şirkətlərdə çalışan 304 min işçinin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın mikrobiznes subyektinə 80 milyon manat ödəniləcək. Ödənişlərin məbləği 250 manatdan 5 min manata qədər təşkil edəcək.**
Ə.Məmmədov