“Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən “TheAngle” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
“Müqaviləyə əsasən “Azərkosmos” və “TheAngle” şirkəti Yaxın Şərq və Avropa regionlarında etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.”, - “Azərkosmos”un məlumatında deyilir.
Azərkosmos”un baş kommersiya direktoru Mark Qutri bildirib ki, ”TheAngle” ilə müqavilə peyk bazarında “Azərkosmos”un mövqelərini gücləndirəcək və daha çox müştəriyə xidmət etmək imkanı verəcək. **
B.Rüstəmbəyov