Azərbaycan prezidenti İlham Əliyev Çingiz Əsgərovun Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Bundan başqa, Xəqani Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin ediliblər. **
A.Əzizov