Bakıda məhkəməmayın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axlanılan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısıVilyam Hacıyevin barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə yerli mətbuat məlumat verir.
“Səbail Rayon Məhkəməsində Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - nəşrlər qeyd edirlər.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Öncə yerli mətbuata istinadən məlumat verilib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çərşənbə axşamı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında xüsusi əməliyyat keçirib.
Xüsusi əməliyyat çərçivəsində İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılıb. Bundan sonra Hacıyev saxlanılaraq Bakıya gətirilib. **
B.Rüstəmbəyov