İyunun 22-də “Xalq Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Yığıncağın gündəliyinə “Xalq Sığorta”nın Aqrar Sığorta Fondunun idarəedici qurumunun nizamnamə kapitalında iştirak etməsi ilə bağlı məsələ daxildir”, - deyə məlumatda bildirilir.
Aqrar Sığorta Fondu 2020-ci ilin II yarısında fəaliyyətə başlayacaq. İlkin mərhələdə fondun nizamnamə kapitalı 1 milyon manat təşkil edəcək, 2022-ci ilədək isə mərhələli şəkildə 9 milyon manata qədər artırılacaq.
"Xalq Sığorta" şirkəti 2006-cı ilin aprel ayından Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının həcminə görə ölkənin 15 aparıcı sığorta şirkətindən biridir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir.*
Ə.Məmmədov