Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon telefonla koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirləri və ikitərəfli münasibətləri müzakirə ediblər.
“Mayın 7-də E.Rəhmon İ.Əliyevə telefonla zəng edib. Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə ediblər”, – deyə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
E.Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.*
X.Nəsirzadə