Azərbaycanda tədris prosesi iyunun 1-dən etibarən bərpa edilməyəcək. Bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.
“Nazirlər Kabineti yanında Operativ Qərargah təhsil sahəsi ilə bağlı məsələləri çox müzakirə edir. Deyə bilərəm ki, tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur”, - deyə o, bu gün brifinqdə bildirib.
Nazirin sözlərinə görə, 2020-ci ilin II yarısı üçün şagirdlərin biliyinin qiymətləndirilməsi prosesi keçirilməyəcək. Yekun qiymətləndirmə I yarımilliyin yekunları üzrə qiymətlər əsasında aparılacaq”, - deyə məlumatda qeyd olunur.
C.Bayramov əlavə edib ki, qiymətlərini yaxşılaşdırmaq istəyən şagirdlər məktəbə müraciət edə bilərlər.*
A.Əzizov