Bu gün Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat verilib.
“Bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvadan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənimiz olub”, - deyə məlumatda bildirilir.
Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.
“AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov