Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 12-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank mayın 12-də keçirəcəyi depozit hərracında 13 gün müddətinə 250 milyon manat cəlb etməyi nəzərdə tutur”, - bankdan bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,76%-7,24% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov