“Bakı Metropoliteni” QSC COVİD-19 koronavirusun yayaılması təhlükəsi ilə əlaqədar martın 31-dən fəaliyyətini dayandırdıqdan sonra şənbə günü səhərdən etibarən fəaliyyətini bərpa edəcək. Bu barədə Operativ Qərargah məlumat verir.
“Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib”, - Qərargahdan bildirilir.
Məlumata görə, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir. **
N.Abbasova