2019-cu ildə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi rekord səviyyəyə - təxminən $1 milyarda çatıb. Bunu Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze deyib.
“Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsində rekord məbləğ - təxminən $1 milyard qeydə alınıb. Ticarət-iqtisadi münasibətləri dəstəkləmək, yeni birgə müəssisələr yaratmaq, yeni maraqlar aşkar etmək lazımdır”, - Pataradze cümə günü “Caspian European Club”un təşkilatçılığı ilə "Online B2B Forum Azerbaijan–Kazakhstan-Georgia beynəlxalq forumunda bildirib.
Səfir qeyd edib ki, Gürcüstan Aİ, Çin ilə azad ticarət sazişinə malik olması səbəbindən Azərbaycan-Gürcüstan birgə müəssisələri Gürcüstanın kvotasından istifadə edərək Aİ ərazisinə rüsumsuz mallar ixrac edə bilər. Bundan əlavə, Gürcüstan sahibkarları Azərbaycan tərəfdaşları ilə birlikdə Azərbaycan ərazisində biznes yarada bilərlər. Və Azərbaycan kvotasının köməyi ilə malları Orta Asiya ərazisinə, Avrasiya məkanı, Çin, Hindistan və digər ölkələrə ixrac edə bilərlər.
Pataradze vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətlərində turizm sahəsi mühüm rol oynayır. Onun sözlərinə görə, 2019-cu ildə 1,5 milyon Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. **
X.Nəsirzadə