Gürcüstanda olan 400-dən artıq Azərbaycan vətəndaşı vətənə qayıtmağı gözləyir. Bunu Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov deyib.
“400-dən artıq vətəndaş Azərbaycana qayıtmaq üçün gözləyir. Azərbaycan səfirliyi onlara Gürcüstanda olduqları karantin dövründə hüquqi yardım daxil olmaqla, hər cür dəstək göstərib. O cümlədən, vətəndaşlarımızı mehmanxana və mıənizllərdə yaşayış ilə təmin etdik”, - Həsənov cümə günü “Caspian European Club”un təşkilatçılığı ilə "Online B2B Forum Azerbaijan–Kazakhstan-Georgia beynəlxalq forumunda bildirib.
Həmçinin səfir qeyd edib ki, karantin dövrü ərzində Avropa ölkələrindən Türkiyə və Gürcüstan ərazilərindən keçməklə avtobuslarla 1 mindən artıq vətəndaşımız Azərbaycana gətirilib. **
X.Nəsirzadə