Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov telefon ilə ikitərəfli münasibətləri və koronavirusun yayılmasına qarşıdurmaq üzrə vəzifələri müzakirə ediblər. Bu barədə cümə günü RF XİN məlumat verir.
“İkitərəfli münasibətlərin aktual məsələləri və koronavirus infeksiyası və onun nəticələrinə qarşıdurmaqla əlaqədar vəzifələr daxil olmaqla xarici siyasi əlaqələndirmə məsələləri müzakirə olunub”, - məlumatda deyilir.
O cümlədən, XİN başçıları Dağlıq Qarabağ nizamlanması ilə bağlı vəziyyəti nəzərdən keçiriblər.
Bundan başqa, Lavrov və Məmmədyarov Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar bir-birini təbrik ediblər. **