Azərbaycan prezidenti İlham Əliyev Rafiq Bayramovun mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin sərəncamı dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilirb.
Bir sıra KİV-in məlumatına görə, nazir müavini Rafiq Bayramov saxlanılıb. **
B.Rüstəmbəyov