Bakıda məhkəmə mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbiri seçib.
“Səbail Rayon Məhkəməsində şənbə günü Rafiq Bayramov və Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - nəşrlər qeyd edirlər.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Zakir Sultanovun Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən və Rafiq Bayramovun mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.
Bildirilir ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Bir sıra KİV-in məlumatına görə, nazir müavini Rafiq Bayramov və nazirliyin bir neçə əməkdaşı saxlanılıb. **
B.Rüstəmbəyov