Azərbaycanda daha 97 nəfərdə COVİD-19 koronavirusa yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Bu gün Azərbaycanda daha 97 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib. 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - məlumatda deyilir.
Beləliklə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 2519 nəfərə çatıb, 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib.
Hazırda 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb. **
B.Rüstəmbəyov