Avropa İttifaqı xəbərdarlıq edib ki, yalnız müəyyən şərtlərin yerinə yetiriləcəyi halda Şərq Tərəfdaşlığı ölkələri ilə vizasız rejimə dair danışıqlara başlayacaq.
Bazar ertəsi Aİ Şurasının Şərq Tərəfdaşlığı siyasətinə dair qəbul edilən qətnamədə həmçinin bəzi tərəfdaş ölkələrin vətəndaşlarından Aİ-də sığınacağın verilməsi ilə bağlı ərizələrin sayının çoxluğu ilə əlaqədar narahatlıq ifadə olunub.
Şərq Tərəfdaşlığına üzv 6 ölkənin üçünün vətəndaşları Aİ-yə qəsamüddətli səfərlər üçün vizasız rejimdən istidfadə edirlər: Gürcüstan, Moldova vbə Ukrayna. Azərbaycan, Ermənistan və Belarus vətəndaşlarına vizalar tələb olunur.
Şuradan vurğulanır ki, viza rejiminin liberallaşdırılması üzrə mövcud fəaliyyət planlarının uğurla həyata keçirilməsi üçün nəzarət göstəriciləri, viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin müntəzəm olaraq icra olunması vacibdir.
“Aİ-yə səfər üçün vətədaşlarına vizaların tələb olunduğu digər ölkələrlə (Şərq Tərəfdaşlığı - İF) viza rejiminin liberallaşdırılması haqqında danışıqlara başlamaq imkanına şərtlər münbit olduğu halda lazımi zamanda baxılacaq”,- qətnamədə deyilir.
Xüsusilə, bu şərtlərə mövcud səfər rejiminə riayət olunmaq, viza rejiminin sadələşdirilməsi üzrə sazişlərin kifayət dərəcədə icrası və readmissiya daxildir.
Şura xatırladır ki, “bəzi tərəfdaş ölkələrin vətəndaşlarından sığınacağın verilməsi ilə bağlı əsassız ərizələrin sayının çoxluğu Aİ-nin üzv ölkələrində narahatlıq doğurur”. **