200-ə yaxın Azərbaycan vətəndaşı müvəqqəti olaraq Dağıstanın cənubunda yerləşdiriləcək. Bu barədə Dağıstan Kommunikasiya və Rabitə Nazirliyi məlumat verir.
“Dağıstanın Maqaramkent rayonunda COVİD-19 pandemiyasına görə sərhədlərin baölanması səbəbindən evlərinə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşdirmə məntəqəsi yaradılacaq”, - məlumatda qeyd olunur.
Bildirilir ki, hazırda 200 nəfərin yerləşdiriləcəyi məntəqənin quraşdırılması işləri aparılır.
Xəbər verildiyi kimi, vətənə qayıtmağı planlaşdıran 700-dən artıq Azərbaycan vətəndaşı Dağıstan ərazisindədir. **
X.Nəsirzadə