2019-cu ilin yekunları üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməliyyat gəlirləri 7 mln. 668 min 933,77 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a KOBİA-dan məlumat verilir.
2018-ci ilin yekunları üzrə Agentliyin əməliyyat gəlirləri 126 min 117,68 manat təşkil edib. Beləliklə, 2019-cu ildə KOBİA əməliyyat gəlirlərinin 60,8 dəfə artırıb.
KOBİA-nın əməkdaşlarına xərcləri 4milyon 658 min 539,31 manat (artım 4,2 dəfə), digər əməliyyat xərcləri – 2 milyon 559 min 338,9 manat (artım 5,4 dəfə) təşkil edib. 135 min 760,23 manat sərf olunan maddi ehtiyatların (artım 8,3 dəfə) payına düşüb, amortizasiya xərcləri 314 min 484,98 manat təşkil edib.
2019-cu ili Agentlik sıfır mənfəətlə başa vurub, baxmayaraq ki, 2018-ci ilin yekunları üzrə xalis zərəri 1 mln. 465 min 581,4 manat təşkil edib.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. **
Ə.Məmmədov