2019-cu ildə Azərbaycanda subyektlərin yalnız 8,1%-i icbari audit yoxlamasından keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Auditorlar Palatasından (AAP) məlumat verilib.
2018-ci ilin yekunları üzrə bu göstərici 6,6% təşkil edib.
“İcbari audit subyektlərinin sayı 46,282 min təşkil edir, 2019-cu ildə 3,745 min subyekt audit yoxlamasından keçib (ümumi sayın 8,1%-i)” - Palatadan bildiriblər.
2018-ci illə müqayisədə 2019-cu ildə icbari audit yoxlamasından keçən subyektlərin sayı 1,3% artıb.
Bununla yanaşı, ötən il icbari audit yoxlamasından keçən subyektlərin 45%-i məhdud məsuliyyətli cəmiyyətlər, 14,8%-i səhmdar cəmiyyətləri, 38,3%-i bələdiyyələrdir. **
Ə.Məmmədov