2020-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı mart ayının gündəlik 763,9 min barrel göstəricisinə qarşı 771,4 min barrel təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Apreldə Azərbaycanda gündəlik 771,4 min barrel neft hasil olunub. Qeyd etmək lazımdır ki, apreldə Azərbaycan OPEC+ çərçivəsində neftin gündəlik 769 min barrelədək azaldılması üzrə öhdəlikdən azad olunub”, - nazirlikdən qeyd ediblər.
Apreldə Azərbaycanda gündəlik 679,8 min barrel neft və 91,6 min barrel kondensat hasil olunub. **
N.Abbasova