“Bank Respublika”nın səhmdarları iyunun 29-da keçiriləcək ümumi yığıncaqda 2019-cu ilin yekunlarını müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“İyunun 29-da keçiriləcək yığıncaqda səhmdarlar 2019-cu ilin maliyyə hesabatını və 2019-cu il üçün kənar auditə dair rəyi təsdiq edəcək, eləcə də ötən ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi məsələsini müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın səhmlərinin 84%-i sahibkar Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.*
B.Rüstəmbəyov