Yanvar-aprel aylarında Azərbaycanda ÜDM 0,2% artıb. Bunu prezident İlham Əliyev deyib.
2020-ci ilin I rübünün yekunları üzrə ölkədə iqtisadi artım 1,1% təşkil edib.
“Bu ilin yanvar-fevral ayları çox ümidverici idi (artım 2,8%). Mən, sözün düzü, fikirləşirdim ki, biz bu ili rekord göstəricilərlə başa vuracağıq. Ancaq bu pandemiya həyatımıza müdaxilə edərək bizim planlarımızı pozdu. Amma buna baxmayaraq, Azərbaycanda dörd ayın yekunları göstərir ki, iqtisadiyyat az da olsa artıb - 0,2%. Əlbəttə ki, bu, şərti artım sayıla bilər. Amma yenə də hələ ki, düşməyib”, - deyə dövlət başçısı mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-aprel aylarında qeyri-neft sektorunun sənaye artımının 16% təşkil etməsi müsbət amildir.*
A.Əzizov