2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 2 milyard 306,5 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9 milyard 574,2 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 27,6%), xərcləri 7 milyard 267,7 milyon manat (artım 0,7%) təşkil edib.
Yanvar-aprel aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 22 milyard 400,5 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-nin 10,3%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə proqnoz 26 milyard 894,7 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.*
N.Abbasova