Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Müvafiq fərman və qaydalar bu gün dövlət başçısının saytında dərc olunub.
“Bu qərar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılmasına xidmət edir”, - deyə sənəddə bildirilir.
Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanlarına videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.*
N.Abbasova