Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Fərmana əsasən, Elnur Əliyev iqtisadiyyat nazirinin müavini, Orxan Nəzərli Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O.Nəzərli, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.
Samirə Musayeva və İlkin Vəliyev Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.
Mətin Eynullayev Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.
Elçin Yusubov, Rüstəm Şahbazov və Rafiq Cəlilov Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.
Sahib Məmmədov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.*
N.Abbasova