“Azəristiliktəchizat” ASC 2019-cu il ərzində birləşdirilmiş maliyyə hesabatının auditorunu seçir. Bu barədə“İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilib.
Seçim kotirovka sorğusu üsulu ilə keçirilir.
Audit şirkətlərindən təkliflər mayın 19-dək (12:00) qəbul olunur.
Cəmiyyətin 2018-ci il üzrə auditini fiziki şəxs Vüsal Qarayev keçirib.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində inhisarçıdır. **
N.Abbasova