“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin uzunmüddətli defolt reytinqini "B-" səviyyəsində təsdiq edib, proqnoz “Stabil” qalıb. Bu barədə agentliyin məlumatında deyilir.
“Fitch”, həmçinin bankın maliyyə dayanıqlılığı (VR) reytinqini "b-", qısamüddətli defolt reytinqini isə "B" səviyyəsində təsdiq edib.
“ABB-nin reytinqləri ilk növbədə maliyyə dayanıqlığı göstəricilərinə əsaslanır, həmin göstəricilər də siklik və neftdən asılı əməliyyat mühiti ilə əlaqədar riskləri nümayiş etdirməyə davam edir. Bu risklər COVİD-19 pandemiya və neftin qiymətinin kəskin azalması ilə nəticələnən davamlı mənfi iqtisadi mühitlə daha da dərinləşir. Həmçinin, bankın hecləşdirilməyən qısa valyuta mövqeyinə görə mühüm dərəcədə risk VR-a təsir göstərir. Bu valyuta mövqeyi bankın kapitallaşmasını valyutanın qiymətdən düşməsi riski altında qoyur. Fitch hesab edir ki, ABB-nin kredit portfelinin bəzi aspektləri daha yüksək reytinqə uyğundur, lakin ABB-nin hecləşdirilməyən açıq valyuta mövqeyi bankın reytinqlərini məhdudlaşdırır”, - məlumada deyilir.
Fitch qeyd edir ki, bankın açıq valyuta mövqeyi 2020-ci il fevralın sonuna $0,8 milyarddan aprelin sonuna $0,7 milyarda qədər azalıb.
FİTCH-in qiymətləndirməılərinə görə, ankın iri kapital ehtiyatları hesabına ABB-nin kapitallaşması ilə əlaqədar risklər azalır, 2020-ci ilin birinci rübün sonuna birinci dərəcəli kapitalın adekvatlıq əmsalı və ümumi kapitalın əmsalı isə 33%-ə bərabərdir, bu da yüksək göstəricidir.
“ABB-nin kapital buferi kifayətdir ki, mübadilə məzənnəsinin 2,5 AZN/USD-yə qədər azalmasına tab gətirsin, bu da ciddi valyutra şoku olacaq, eyni zamanda kapitalın adekvatlıq əmsallarını müvafiq olaraq birinci dərəcəli kapitalın adekvatlıq əmsalı və ümumi kapitalın əmsalı üçün 6% və 11% norma minimumdan yuxarı səviyyədə dəstəklənsin”, - məlumatda qeyd olunur.
Fitch ABB-nin aktivlərinin keyfiyyətini məqbul hesab edir, bu da banklararası keyfiyyətli yerləşdirimələrin və qiymətli kağızların yüksək payı ilə təsdiq olunur.
“Bankın aktivlərinin 25%-ni təşkil edən ABB-nin xalis kredit portfeli koronavirus və neftin qiymətinin ucuzlaşması ilə meydana gələn qiymətdən düşmə risklərinin əsas mənbəyidir. Biz ABB-nin qiymətdən düşən kreditlərinin payının 2019-cu ilin sonuna orta 7%-dən iki rəqəmli göstəriciyədək artacağını gözləyirik. Bankın dövlətlə əlaqədar olan borcalanlara diqqətini yönəltməyi kerditlərin keyfiyyəti ilə bağlıdır, baxmayaraq ki, istehlak kreditlərin payı ümumi partfelin 23%-ni təşkil edir”, - Fitch-in mütəxəsssisləri qeyd edirlər.
Fitch-in analitiklərinin rəyinə görə, əgər ABB bundan sonda da açıq valyuta mövqeyini azaltmağa davam edərcə, o zaman reytinqin gələcəkdə yaxşılaşmsını gözləmək olar.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov