“Azərbaycan Sənaye Bankı” ASC-nin səhmdarları iyunun 11-nə ümumi yığıncaq çağırıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Yığıncaqda 2019-cu il ərzində maliyyə və illik hesabatın təsdiqi, həmçinin bankın fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır”, - bankdan qeyd olunur.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın nizamnamə kapitalı 60 milyon manat təşkil edir.**
A.Əzizov