Vaşinqton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsini davam etdirəcək. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp qeyd edib.
“Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik», - Trampın Azərbaycan prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirilir.
Təbrik məktubunun mətni xümə axşamı Azərbaycan liderinin saytında dərc olunub.
Həmçinin, Tramp beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki xalqa parlaq gələcək qurmaq naminə ABŞ ilə Azərbaycan arasında təxminən 30 illik uğurlu əməkdaşlığı qeyd edib.
Həmçinin, Amerika lideri Azərbaycanda demokratik idarəetmənin təşviqi və hüquq və azadlıqları qoruyan bütün addımların atılması üzrə tədbirləri dəstəklədiyini vurğulayıb.
“Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”, - məktubda qeyd olunur. **
A.Əzizov