Azərbaycanın milli aviadaşıyıcısı – AZAL şirkəti 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirib.
“Həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb”, - "Azərbaycan Hava Yolları" QSC-nin məlumatında deyilir.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir. **
A.Əzizov