2020-ci ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $804,007 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,3%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Rusiyaya $193,536 milyon dəyərində (artım 8,4%) Azərbaycan məhsulları ixrac olunub. Bütövlükdə, Azərbaycandan ixracın 3,07%-i Rusiyaya tədarükün payına düşüb.
Yanvar-aprel aylarında Rusiyadan Azərbaycana $610,471 milyon dəyərində (azalma 7,6%) məhsul idxal olunub. Azərbaycana idxalın ümumi həcmində 18,05% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-aprel aylarında RF ilə ixrac-idxal münasibətlərində Azərbaycanın mənfi saldosu $416,935 milyon təşkil edib.
2019-cu ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $3 milyard 22 milyon 46 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 18,5% çoxdur.*
B.Rüstəmbəyov