İyunun 28-də “Azərmaş” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Yığıncaqda 2019-cu il üzrə illik hesabatın və mənfəət və zərərlə bağlı hesabatların təsdiq edilməsi planlaşdırılır. Bundan başqa, səhmdarlar “Azərmaş”ın maliyyə vəziyyətini müzakirə edəcəklər”, - deyə məlumatda qeyd olunur.
“Azərmaş” ASC Azərbaycanın qeyri-neft sektorunda, xüsusilə maşınqayırma sahəsində layihələrin həyata keçirilməsi məqsədilə yaradılıb. Hazırda cəmiyyət tərəfindən avtomobil istehsalı sahəsində bir sıra layihələr reallaşdırılır. Həmçinin yük avtomobilləri üçün qoşquların, avtobusların istehsalı və yüngül kommersiya və xüsusi təyinatlı avtomobillərin yığılmasının təşkili planlaşdırılır.*
B.Rüstəmbəyov