2020-ci ilin yanvar ayından mart ayınadək Rusiyaya 5,48 milyon əcnəbi səfər edib ki, bu da bir il əvvəllə müqayisədə 14,4% azdır. Onlardan 322,8 min nəfəri turizm məqsədilə gəlib. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin məlumatında deyilir.
2020-ci ilin birinci rübündə Rusiyaya 5,48 milyon əcnəbi səfər edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,4% azdır. Səfər edənlərin böyük hissəsi - 1,55 milyon nəfər (-9%) Ukraynanın payına düşüb. Liderlər sırasında 742 min nəfərlə (-15%) Qazaxıstan və 597 min nəfərlə (-6%) Özbəkistan da var. Top-beşliyi Tacikistan (371,4 min nəfər) və Azərbaycan (220,3 min nəfər) bağlayır.*