Prezident İlham Əliyev bu gün CISCO şirkətinin rəhbərləri ilə videokonfrans keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
CISCO şirkətinin təşəbbüsü ilə baş tutan videokonfransda şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri iştirak ediblər.
Videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də iştirak ediblər.*
B.Rüstəmbəyov