Azərbaycan 2020-ci ilin yanvar-aprel aylarında ərzaq məhsullarının idxalını 3,1% - $513 milyon 845,2 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 279 min 763,1 ton (azalma 46,1%) buğdanın ($60 milyon 841,26 min), 165 min 632,73 ton (artım 6,2%) meyvə-tərəvəz məhsullarının ($88 milyon 982,28 min), 16 min 307,5 ton (azalma 2,2%) ətin ($29 milyon 339,34 min), 58 min 962,22 ton (artım 15,1%) bitki və heyvan mənşəli yağların ($54 milyon 180,36 min) payına düşüb.
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana $26 milyon 760,69 min dəyərində 5 min 353,42 ton kərə yağı (artım 30,1%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,19%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova