Prezident İlham Əliyev bu gün general-leytenant Əfqan Nağıyevi Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Xüsusi əməliyyat nəticəsində general-leytenant Nağıyev saxlanılıb.
Nağıyevin saxlanılması Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə həyata keçirilib.*
Ə.Məmmədov