Prezident İlham Əliyev CISCO şirkəti ilə su ehtiyatlarına nəzarətin gücləndirilməsi sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edir.
“Bilirəm ki, siz kənd təsərrüfatının rəqəmsallaşdırılması ilə bağlı artıq təmasdasınız. Bu sektor hazırkı vəziyyətdə neft qiymətlərinin tənəzzülü ilə aparıcı sektorlardan biri olacaq. Buna görə kənd təsərrüfatı məşğulluq, ərzaq təhlükəsizliyi və ixrac deməkdir. Gözəçarpan nəticələrə nail olmaq üçün bizim su ehtiyatlarımıza çox ciddi elektron nəzarət sistemimiz olmalıdır. Elə bu yaxınlarda mən baş nazirin müavininin rəhbərliyi altında xüsusi dövlət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalamışam. Bu, qarşıdan gələn illərdə bizim üçün ən vacib məsələdir”, - deyə dövlət başçısı bu gün CISCO şirkətinin rəhbərliyi ilə keçirilən videokonfransda bildirib.
O hesab edir ki, belə layihə Azərbaycan üçün aktualdır, çünki ötən il ölkədə çox ciddi quraqlıq olub.
“Bu il də Azərbaycanda quraqlıq gözlənilir. Düzdür, daha yüngül olsa da, amma yenə də proqnozlaşdırılmayan haldır”, - deyə prezident əlavə edib.
CISCO şirkətinin vitse-prezidenti Qay Ditrix qeyd edib ki, şirkət lazımi texnologiyalara malikdir və su ehtiyatlarına nəzarətlə bağlı qanunvericilik məsələsində Azərbaycanı dəstəkləməyə hazırdır. O, CISCO-nun bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Prezident İ.Əliyev, həmçinin Azərbaycanın müəyyən etdiyi plan və proqramların reallaşdırılması sahəsində əməkdaşlığın, şəffaflığın artırılması və digər elektron xidmətlərin inkişafının əhəmiyyətini qeyd edib.*
Ə.Məmmədov