Prezident İlham Əliyev bu gün Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Xatırladaq ki, prezident İ.Əliyev 2019-cu ilin may ayında N.İsmayılovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamışdı.*
X.Nəsirzadə