Prezident İlham Əliyev bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
“Mayın 17-də prezident İlham Əliyev Kasım-Jomart Tokayevə telefonla zəng edib. Dövlət başçısı Qazaxıstan prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb”, - deyə məlumatda bildirilir.
Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.*
X.Nəsirzadə