Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulmasıüçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 3,3 milyon manat ayırmağı tapşırıb.
Müvafiq sərəncam bazar ertəsi dövlət başçının saytında dərc olunub.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
B.Rüstəmbəyov