2020-ci ilin birinci rübündə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 25,4 milyon manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«Cari ilin yanvar-mart aylarında 25,4 milyon manat cərimə tətbiq edilib (2019-cu ilin birinci rübündə 23,1 milyon manat, yəni 10% çox - İF). Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 841,7 min inzibati xəta (2018-ci ilin birinci rübünün göstəricisi ilə müqayisədə artm 20%) aşkarlanıb”, - DSK-dən qeyd ediblər.
Xətaların 39,6%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 21,9%-i dayanma və ya durma qaydalarının pozulması, 9,9%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,1%-i icbari sığorta haqqınsa müqavilənin imzalanmaması, 3,6%-i təhlükəsizlik kəmərini bağlamadan
Bu dövrdə yol-nəqliyyat hadisələrinin sayı 12,6% - 421-dək, zərərçəkənlərin sayı isə 15,5% - 559 nəfərədək artıb.
“Ümumilikdə, 421 yol qəzasında 378 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 181 nəfər isə ölüb. Yol qəzalarında həlak olanların 80,1%-i və xəsarət alanların 70,6%-i kişilərdir”, - Komitədən qeyd olunub.
Yol-nəqliyyat hadisələrinin 88,8%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində 133 nəfər həlak olub, 350 nəfər xəsarət alıb. 2019-cu ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə həlak olanların sayı 33%, yaralananların sayı isə 5,4% artıb.
Bütün yol-nəqliyyat hadisələrinin 47,3%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bundan başqa, hadisələrin 35,4%-i gündüz, 39,4%-i gecə baş verib, 30,9%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.**
X.Nəsirzadə